Bakı. Trend:
İtaliya A Seriyasının 31-ci turu çərçivəsində “İnter” və “Roma”komandaları arasında prinsipial qarşılaşma baş tutub.
Trend xəbər verirki, Milandakı “Cuzeppe Meatza” stadionunda keçirilən oyun meydansahiblərinin 5:2 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb.
Baş hakim Simone Sodzanın idarə etdiyi matçda hesabı artıqikinci dəqiqədə “İnter”in hücumçusu Lautaro Martines açıb. Qonaqlar40-cı dəqiqədə Canluka Mançininin qolu ilə tarazlığı bərpa etsələrdə, ilk hissənin sonuna əlavə olunmuş vaxtda Hakan Çalhanoğlumilanlıları yenidən önə keçirib.
İkinci hissədə “İnter” üstünlüyünü daha da artırıb. 52-cidəqiqədə Lautaro Martines dublunu rəsmiləşdirib, 55-ci dəqiqədəMarkus Türam fərqi böyüdüb. 63-cü dəqiqədə Nikolo Barella hesabı5:1 edərək oyunun taleyini həll edib. “Roma”nın yarımmüdafiəçisiLorentso Pelleqrini 70-ci dəqiqədə fərqi azaldaraq matçda sonnöqtəni qoyub.