RU

Qazaxıstanda FƏLAKƏT: Paytaxt yaxınlığında su bəndi PARTLADI - FOTO

Qazaxıstanın Akmola vilayətinin Korqaljın rayonunda "Şoptıkol" bəndində qəza baş verib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata əsasən, hidrotexniki qurğuda baş verən sızma və yarılma faktı Sabındı kəndindən 2 kilometr şimalda qeydə alınıb.

Qeyd edək ki, sözügedən yaşayış məntəqəsi paytaxt Astanadan cəmi 70 kilometr məsafədə yerləşir.

Hadisə yerinə dərhal FHN əməkdaşları, polis və yol xidmətinin briqadaları cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Xatırladaq ki, bundan əvvəl Dağıstanın Dərbənd rayonunda da güclü yağışlar nəticəsində Qecux su anbarının torpaq bəndinin yarıldığı barədə məlumat verilib.

Musavat.com

Избранный
10
1
musavat.com

10Источники