Türkiyənin şimal-qərbindəki Ədirnə vilayətində güclü yağışlar Meriç çayının daşmasına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
"Meriç çayının daşması nəticəsində çay suları Elçili – Uzunköprü yoluna çatıb. Kənd təsərrüfatı torpaqları da su altında qalıb", - deyə materialda bildirilir.
Bundan əlavə, Küplü və Subaşı rayonlarında da subasmalar qeydə alınıb; burada su mühafizə bəndlərini aşaraq yolun hərəkət hissəsinə yayılıb ki, bu da nəqliyyatın hərəkətini çətinləşdirib.