RU

CNN: ABŞ İran münaqişəsi başlayandan 7 təyyarə itirib

ABŞ İran ətrafındakı münaqişə başlayandan bəri yeddi hərbi təyyarə itirib. 

Bizim.Media xəbər verir ki, CNN-in 5 aprel tarixli məlumatında deyilir ki, son olaraq ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısı və A-10 hücum təyyarəsinin itirilməsi ilə təsdiqlənmiş pilotlu təyyarələrin sayı yeddiyə çatıb. Bu barədə telekanal mənbələrə istinadən məlumat yayıb.

CNN-in məlumatına görə, ABŞ-ın itirdiyi təyyarələr arasında dost atəşi (Kuveyt) nəticəsində vurulan üç F-15, İraqda qəzaya uğrayan KC-135 yanacaqdaşıyan təyyarə, Səudiyyə Ərəbistanındakı bazaya hücum zamanı məhv edilən E-3 Sentry erkən xəbərdarlıq təyyarəsi, eləcə də son günlər itirilən F-15 və A-10 var. Bundan başqa, ötən ay F-35 qırıcısının da ciddi zədələndiyi və məcburi eniş etdiyi bildirilir.

Məlumata əsasən, üç ABŞ F-15E qırıcısı martın 1-də Küveyt üzərində vurulub və pilotlar təxliyə edilib. Daha sonra The Wall Street Journal bu qırıcıların səhvən Küveytə məxsus F/A-18 tərəfindən vurulduğunu yazıb.

Bununla yanaşı, Reuters və AP-nin açıq mənbələrdə təsdiqlədiyi məlumatlarda ən azı F-15E və A-10 itkiləri ayrıca qeyd olunur. Reuters həmçinin İran daxilində xilasetmə əməliyyatı zamanı ABŞ-ın iki MC-130J təyyarəsinin sıradan çıxdığını və sonradan ABŞ qüvvələri tərəfindən məhv edildiyini yazıb. Bu isə ümumi itkilərin miqyasının daha geniş ola biləcəyini göstərir.

Bizim.Media

Избранный
13
15
bizim.media

10Источники