RU

Həftə ərzində olacaq mədəni tədbirlərin AFİŞASI

Yazını böyüt
Yazını kiçilt

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

Hafta.az xəbər verir ki, aprelin 6-dan 12-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:

Aprelin 9-da saat 19:00-da Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqında olan "Ah, bu uzun sevda yolu" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Biletlərin qiyməti: 10-20 manat.

Həftə

Aprelin 10-da saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur.

Biletlərin qiyməti 8-15 manatdır.

Həftə

Aprelin 11-də saat 19:00-da "LƏNG: Zamanla yarışan insan" tamaşası təqdim olunacaq.

Quruluşçu rejissor Əməkdar artist Bəhruz Vaqifoğludur.

Biletlərin qiyməti: 10-25 manat.

Həftə

Aprelin 12-də saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı "Ölülər" tamaşası səhnələşdiriləcək.

Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Biletlərin qiyməti 10-20 manatdır.

Həftə

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:

Aprelin 10-da saat 19:00-da "Biganə məşuq" tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 10 manat.

Həftə

Aprelin 11-də saat 19:00-da Hüseyn Cavidin "Şeyx Sənan" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Biletlərin qiyməti 10-15 manat.

Həftə

Aprelin 12-də saat 20:00-da Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" tamaşası təqdim olunacaq.

Quruluşçu rejissor "Qızıl maska" mükafatı laureatı Konstantin Soldatovdur.

Biletlərin qiyməti: 12-15 manat.

Həftə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:

Aprelin 10-da saat 19:00-da Kamal Abdullanın "Gülçöhrə və Əsgər" musiqili dramı baş tutacaq.

Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.

Biletlərin qiyməti: 10-20 manat.

Həftə

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):

Aprelin 7-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.

Biletlərin qiyməti 5-15 manatdır.

Həftə

Aprelin 12-də saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası nümayiş etdiriləcək.

Quruluşçu rejissor Mikayıl Mikayılovdur.

Biletlərin qiyməti: 5-15 manat.

Həftə

Heydər Əliyev Sarayında:

Aprelin 8-də saat 20:00-da Gökhan Türkmenin Bakı konserti keçiriləcək.

Biletlərin qiyməti: 35-155 manat.

Həftə

10 aprel saat 19:00-da Heydər Əliyev Sarayında məktəb komandaları arasında Anar Məmmədxanov Kuboku keçiriləcək.

Biletlərin qiyməti: 30-120 manat.

Həftə

Избранный
33
hafta.az

1Источники