RU

Hayfa və mərkəzi şəhərlər hədəfdə: Həlak olanlar var

İranın İsrailə səhər saatlarında təşkil etdiyi raket hücumundan sonra mərkəzi şəhərlərdə dağıntılar qeydə alınıb. “Jerusalem Post” qəzetinin yazdığına görə, zərərsizləşdirilən İran ballistik raketlərinin qəlpələri ölkənin mərkəzi hissəsində azı 15 fərqli nöqtəyə düşüb.

NOCOMMENT.az xəbər verir ki, “Magen David Adom” (MDA) xilasetmə xidməti Petah Tikva şəhərində qəlpə yaraları alan 34 yaşlı qadına yardım göstərildiyini bildirib. Onun vəziyyəti ağır qiymətləndirilir və xəstəxanaya yerləşdirilib. Təl-Əvivdə isə 30 yaşlı bir kişinin şüşə qırıntıları nəticəsində yüngül yaralandığı qeyd olunur.

Hazırda Hayfada İranın ballistik raketinin birbaşa zərbəsi nəticəsində dağılan binanın qalıqları təmizlənir. Xilasetmə xidmətlərinin son məlumatına görə, dağıntılar altından iki nəfərin meyiti çıxarılıb. Ən azı iki nəfərin hələ də dağıntılar altında qaldığı ehtimal edilir.

Sara,
NOCOMMENT.az

Избранный
6
nocomment.az

1Источники