RU

“Barselona” Qavinin transfer qiymətini müəyyənləşdirdi

BAKI, 6 aprel. TELEQRAF

İspaniya təmsilçisi “Barselona” futbolçusu Qavinin mümkün transfer qiymətini müəyyənləşdirib.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı yarımmüdafiəçi üçün ilkin olaraq 60 milyon avro tələb edir.

Bonuslarla birlikdə bu məbləğin 75 milyon avroya qədər yüksələ biləcəyi bildirilir.

Klub rəhbərliyi Qavini hazırda “toxunulmaz” futbolçu hesab etmir və cəlbedici təklif gələcəyi halda onun satışı variantını nəzərdən keçirir. Bu addımın “Barselona”nın maliyyə vəziyyəti ilə əlaqəli olduğu vurğulanır.

Gənc yarımmüdafiəçinin Avropa klubları arasında böyük maraq doğurduğu qeyd olunur.Qavinin gələcəyi yay transfer pəncərəsində daxil olacaq təkliflərdən və futbolçunun öz mövqeyindən asılı olacaq.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsin olan Qavi 2021-ci ildən əsas komandada çıxış edir.Onun klubla müqaviləsi 2030-cu ilə qədər davam edir.

Избранный
10
teleqraf.com

1Источники