RU

Prezident İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib

Ölkə ərazisində son iki gündə intensiv yağan yağışlar ciddi fəsadlar törədib. Yaşanan çətinliklərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Səbail rayon 58 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları daim ərazidə olduqları üçün problemləri vaxtında müəyyən edirlər.

Xüsusilə yağış sularının normal axını üçün su barmaqlıqları və drenaj xətləri operativ təmizləyib açırlar. Aparılan operativ müdaxilələr nəticəsində Şəhidlər Xiyabanı yağış sularından təmizlənib. Bununla yanaşı, məhəllə aralarında yaranmış problemlər də anında aradan qaldırılır.

Qurumdan bildirilib ki, hava şəraitinin qeyri-sabit keçdiyi günlərdə bu cür operativ müdaxilələr davamlı edəcək. Eyni zamanda, vətəndaşlara da yağış sularının axınına mane ola biləcək tullantıların küçələrə atılmaması tövsiyə olunur.

Избранный
26
azerbaijan-news.az

1Источники