RU

Avtomobillər havanı necə çirkləndirir? Son 8 ilin ən çirkli havası

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Ötən il Azərbaycanda avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı 2024-cü illə müqayisədə 12,8% artaraq 959,8 min ton olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin 67,3%-ini karbon oksidləri, 16,3%-ini karbohidrogenlər, 14,6%-ini azot oksidləri, 1,8%-ini isə digər maddələr təşkil edib.

Məlumat üçün bildirək ki, ötən il avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı 2017-ci ildən sonra qeydə alınan ən yüksək göstərici olub.

Son 8 ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı belə olub:

2018-ci il – 950,2 min ton;

2019-cu il – 945,2 min ton;

2020-ci il – 694,1 min ton;

2021-ci il – 723,5 min ton;

2022-ci il – 772,2 min ton;

2023-cü il – 820,8 min ton;

2024-cü il – 850,6 min ton;

2025-ci il – 959,8 min ton.Elnur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
2
yeniavaz.com

3Источники