RU

Azərbaycanda qeyri sabit hava şəraiti ilə əlaqədar bağlanan limanlar açıqlanıb

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanovadan bildirilib.

Onun sözlərinə görə, Qaradağ, Dübəndi, Sahil limanlarına giriş-çıxış bağlanıb: "Amma digər limanlar açıqdır".

Xatırladaq ki, Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır.

Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390 %-ni təşkil edir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 m/s-dək güclənir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
13
baku.ws

10Источники