Sumqayıt şəhəri, 41-ci məhəllədə azyaşlıları bıçaqla təhdid edən şəxslə bağlı araşdırmalara başlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.
O qeyd edib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır.