RU

Müctəba Xameneyi ictimaiyyət qarşısına çıxdı, amma... - VİDEO

İran yeni ali lideri Müctəba Xameneyinin ilk dəfə hərbi əməliyyat mərkəzində olduğunu göstərən bir video yayımlanıb.  

“Cebheinfo.az” xəbər verir ki, görüntülər liderin uzun müddət ictimaiyyətdən uzaq qalması ilə bağlı müzakirələrdən sonra beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

İran mediasında yer alan videogörüntülərdə Müctəba Xameneyinin hərbi rəsmilərin müşayiəti ilə əməliyyat otağına doğru getdiyi göstərilir.

Videodakı ən diqqət çəkən məqam otaqdakı böyük ekrandır. Monitorda İsraildəki Dimona nüvə reaktoruna aid olduğu deyilən vizual və koordinat məlumatları göstərilir. Bu detal İranın birbaşa İsrailin nüvə infrastrukturunu hədəf ala biləcəyinə dair mesaj kimi şərh edilib.

Ekspertlər videomaterialın sadəcə, görüntülərin paylaşılmasından ibarət olmadığını, eyni zamanda psixoloji və strateji mesajın verilməsinə xidmət etdiyi qənaətindədir.

İsrailin əvvəllər İrandakı nüvə obyektlərinə hücumlar həyata keçirdiyi məlum olsa da, rəsmi Tehranın Dimonadan bəhs etməsi qisas siqnalı kimi şərh edilib.

Lakin videomaterialda Müctəba Xameneyinin üzü görünmür. Arxa plandan verilən görüntüdə yalnız Müctəbanın Xameneyinin geyimində bir nəfərin monitorun qarşısına gələrək dayandığını görmək olar.

Ona görə də bu videodakı şəxsin onun oxşarı olduğu və ya süni intellektlə yaradıldığı ehtimal olunur. 

https://izlehls.sondakika.com/2026/04/06/ilk-kez-goruntulendi-mucteba-hamaney-operasyo-9855-19720317_sd.mp4

Избранный
20
1
cebheinfo.az

2Источники