RU

Rusiyanın böyük neft terminalı yanır VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ukrayna ordusu Rusiyanın enerji infrastrukturuna ağır zərbələr vurmaqda davam edir.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının və kanallarının məlumatına görə, Ukrayna ötən gecə Novorossiysk limanındakı Şesxaris neft terminalına hücum edib.

Zərbə nəticəsində limandakı neftin keyfiyyət və kəmiyyət ölçmə sistemi zədələnib.

Şesxaris Rusiyanın cənubundakı ən böyük neft və neft məhsullarının daşınması komplekslərindən biridir. Krasnodar qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, Novorossiyskə edilən dron hücumunda səkkiz nəfər yaralanıb. Altı binaya və iki fərdi evə ziyan dəyib. Bir neçə müəssisənin ərazisində dron qalıqları da tapılıb.

Hücum bütün ötən gün ərzində davam edib və Novorossiysk, Anapa, Gelendjik, Soçi və digər ərazilərdə həyəcan siqnalları eşidilib. Kondratyev yazıb ki, ən böyük ziyan Novorossiyskdə qeydə alınıb.

Krasnodar və Soçi hava limanlarında gecə hücumu nəticəsində 51 reysin ləğvi və daha 193 gecikmə baş verib.

Rusiya Müdafiə Nazirliyi isə aprelin 6-na keçən gecə müxtəlif bölgələr üzərində 50 Ukrayna dronu vurulduğunu bildirib. Neçəsini vura bilmədiyi isə qeyd edilmir. Dağıntılara dair şərh dəverilməyib. Bununla da Rusiya tərəfi əslində, Ukrayna PUA-ları qarşısında acizliyini növbəti dəfə etiraf etmiş olub.

“AzPolitika.info”

pic.twitter.com/P7I1mHCHNy

— Newsfeed (@Newsfeed883920) April 6, 2026 Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
azpolitika.info

1Источники