RU

İran səfirlikləri Trampı ələ saldı: Açarımızı itirmişik

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İranın Zimbabve və Cənubi Afrikadakı səfirlikləri ABŞ Prezidenti Donald Trampın tələbinə istehza ilə cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Zimbabvedəki səfirlik, “İran Hörmüz boğazını açmaq üçün lazım olan açarları itirib”, deyə bildirib.

İranın Cənubi Afrikadakı səfirliyi isə açarlarla bağlı zarafatı müdafiə edərək, onları gül vazasının altında gizlətdiyini və Hörmüz boğazına girişin yalnız dostlar üçün açıq olduğunu yazıb.

Xatırladaq ki, Tramp Hörmüz boğazı aprelin 6-dək açılmayacağı təqdirdə İranın enerji və mülki infrastrukturuna zərbə endirəcəyi ilə hədələmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
globalinfo.az

1Источники