RU

Qax rayonunun örüş sahələrində qanunsuz evlər tikilir? – AÇIQLAMA

Qax rayonunun Qaxbaş kəndi ərazisində örüş sahələrinin və tikinti üçün uyğun olmayan sahədə inşaat işləri ilə bağlı şikayətlər var. Sakinlərin iddialarına görə, vətəndaşlar tərəfindən bu ərazilərdə yaşayış evləri tikilir ki, nəticədə kənd sakinləri heyvanlarını əvvəlki kimi sərbəst şəkildə otlaq sahələrinə apara bilmir və bu da onların təsərrüfat fəaliyyətinə çətinliklər yaradır.

 

Məsələ ilə bağlı Qaxbaş kənd bələdiyyəsindən Pravda.az-a bildirilib ki, vətəndaşların iddiaları doğru deyil: “Bu qiymətləndirmə kadastr göstəriciləri əsasında aparılır və bundan sonra torpaq sahəsi ayrılır. Bu istiqamətdə mütəmadi monitorinqlər də həyata keçirilir. Tikilməsinə icazəsi olmayan sahələrə sənəd verə bilmirik. Çıxarış olmazsa, şəxs tikinti apara bilməz. Qəti qadağandır! Qanunsuz tikiliş varmı, yoxmu deyə rayon memarı ilə kadastrdan gəlib baxış keçirirlər. Yeni başlasalar belə, dərhal görmək mümkündür və müdaxilə olunur. İddia olunan ərazilərdə tikintiyə icazə var. Yaşayış üçün nəzərdə tutulan torpaq sahəsidir”.

 

Şəhanə Quliyeva


Избранный
11
1
azia.az

2Источники