RU

Məşhur model Epşteyn işi ilə bağlı ilk dəfə danışdı: “Cəhənnəmdə yansın”

Dünyaca məşhur model Gigi Hadid, uşaq istismarı şəbəkəsi qurmaqda ittiham olunarkən həbsdə ölü tapılan milyarder Cefri Epşteyn ilə bağlı sənədlərdə adının çəkilməsinə sərt reaksiya verib.

Ölkə.az-ın məlumatına görə, sosial mediada bir izləyicisinə cavab verən Hadid bildirib ki, bu vəziyyət onu “mədəsini bulandıracaq qədər narahat edib”.

“Heç tanımadığın insanların sənin haqqında belə danışması dəhşətlidir. Xüsusilə də bu kontekstdə. Mən bu canavarla heç vaxt qarşılaşmamışam” deyən Hadid, adının sənədlərdə keçməsinin səbəbinin Epşteynin qurbanları manipulyasiya etməyə çalışarkən sanki onun karyerasına təsiri varmış kimi davranması ola biləcəyini irəli sürüb.

30 yaşlı model daha əvvəl bu mövzuda danışmamasının səbəbini də açıqlayıb. Hadid deyib ki, həqiqi qurbanların hekayələrinin önünə keçmək istəməyib.

Açıqlamasının sonunda Epşteyn haqqında sərt ifadə işlədərək “Cəhənnəmdə yansın” mənasına gələn sözlər deyib. Model daha sonra bu paylaşımını silib.

Həmidə İbrahimova

Избранный
31
1
olke.az

2Источники