RU

19 ildən sonra uğur qazanan millinin 7 oyunçusu yoxa çıxdı

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Esvatini ilə qarşılaşan Eritreya milli komandasının yeddi oyunçusu itkin düşüb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Foot‑Africa" yayıb. 

Xəbərə görə, sözügedən yığmanın əksər oyunçuları Cənubi Afrikada keçirilən matçdan sonra ölkələrinə qayıtmaqdan imtina edərək qaçıblar.

Onlar ölkələrindəki şəraitsizliyə etiraz olaraq bu addımı atıblar.

Hadisə Eritreya millisinin 19 illik fasilədən sonra ilk dəfə Afrika Millətlər Kubokunun (AFCON) final mərhələsinə vəsiqə qazanaraq böyük uğura imza atdığı bir vaxtda baş verib.

Eritreya millisi rəqibini 2:1 hesabı ilə məğlub edib. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
fanat.az

2Источники