RU

"Bu ərazilərdə suyun çəkilməsi işləri həyata keçirilir”

BAKI, 6 aprel. TELEQRAF

“Bakının bir sıra rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xızı rayonu ərazisində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri həyata keçirilir”.

Teleqraf xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, intensiv yağışlar nəticəsində Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri FHN qüvvələri tərəfindən davam etdirilir:

"Xızı rayonunda bəzi ərazilərdən vətəndaşlar təxliyə olunur. Bu tədbirlər gecə saatlarında davam etdirilir və digər təhlükəsizlik tədbirləri görülür".

Избранный
26
1
teleqraf.com

3Источники