İran vasitəçilərin atəşkəs təkliflərinə cavab hazırlayıb.
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
"Biz cavabımızı hazırlamışıq... Danışıqlar heç bir şəkildə ultimatumlar, cinayətlər və müharibə cinayətləri törətmək təhdidləri ilə uyğun gəlmir".
"Axios" daha əvvəl ABŞ, İran və vasitəçilərin 45 günlük atəşkəs imkanını müzakirə etdiyini bildirmişdi.