Türkiyənin “Fənərbağça” komandası ciddi itki ilə üzləşib.
"Unikal" xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Marko Asensio zədələnib.
Yarımmüdafiəçi ötən gün “Beşiktaş”la keçirilən derbi oyununda (1:0) dizindən xəsarət alıb.
İspaniyalı oyunçu Superliqanın 29-cu turunda “Kayserispor”la səfər görüşünü buraxacaq.