RU

”Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” beynəlxalq elmi jurnalı 2025-ci il nəticələrinə görə mükafata layiq görülüb

QHT.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsindən verilən məlumata görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, “Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” adlı  elmi jurnalın təsisçi –redaktoru  professor Mahirə Hüseynova  və  jurnalın baş redaktoru, Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova “Üstün Redaktor Mükafatı - 2025” mükafatına layiq görülüb.

2025-ci ilin nəticələrinə  görə, ilk sırada yer alan “Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” elmi jurnalı beynəlxalq tələblərə uyğunlaşdırılaraq davamlı identifikatorların təminatında, nəşr edilən elmi-məqalələrin daha çox oxunaqlı olması ilə elmi mühitin düzgün formalaşmasında və istifadə edilən istinadların tədqiqatlar üçün  geniş istifadə olunmasında  jurnal rəhbərliyinin verdiyi dəstəyinə görə, mükafat   Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən  Azərbaycan ISSN (International Standard Serial Number – Beynəlxalq Standart Seriya Nömrəsi) Milli Mərkəzinin  Əlaqələndiricisi və Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin direktoru Xəyalə Məmmədova  tərəfindən təqdim edilib.

Qeyd edək ki, 2025-ci ildən etibarən “Üstün Redaktor Mükafatı” elmi nəşrlərin qeyd edilən fəaliyyət istiqamətləri üzrə qiymətləndirilməsi prosesində ilk sırada yer alan nəşr redaktorları üçün  hər ildə 1 dəfə  təqdim edilir.

Zəhra Ağayeva

Избранный
35
qht.az

1Источники