RU

Peskovdan "İran xəbərdarlığı": ABŞ-ın başı qarışıqdır, Ukrayna danışıqları dayandı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün — 6 aprel 2026-cı il tarixində Kremlin aktual gündəmi ilə bağlı mühüm açıqlamalar verərək, Ukrayna ilə üçtərəfli formatda aparılan danışıqların hazırda "pauza" vəziyyətində olduğunu, buna səbəb kimi isə ABŞ-ın digər regional problemlərlə həddindən artıq məşğul olmasını göstərib.

Musavat.com xəbər verir ki, Peskov həm Ukraynanın ABŞ-la, həm də Rusiyanın öz kanalları vasitəsilə Vaşinqtonla məlumat mübadiləsini davam etdirdiyini bildirsə də, hazırda rəsmi müzakirələrin bərpası üçün zəmin olmadığını vurğulayıb. Kreml rəsmisi demək olar ki, bütün Yaxın Şərqin "müharibə alovuna" büründüyünü konstatasiya edərək, İrana qarşı aqressiyanın münaqişə coğrafiyasının genişlənməsi kimi təhlükəli nəticələr verəcəyini qeyd edib. Donald Trampın İrana qarşı hədələrinə toxunan Peskov, bunları şərh etməməyə üstünlük verdiklərini, lakin regiondakı gərginliyin artmasından narahat olduqlarını bildirib.

Eyni zamanda, Avropa ərazisindəki qaz kəmərlərinə (Serbiya-Macarıstan kəməri) qarşı diversiya cəhdlərini şərh edən Peskov, bu hücumların arxasında kimin durduğuna dair dəqiq məlumat olmasa da, burada "Kiyev izi"nin ola biləcəyini ehtimal etdiklərini diqqətə çatdırıb. Moskva ümid edir ki, Ankara rəsmi Kiyevə Avropadakı qaz infrastrukturuna qarşı "aqressiv hərəkətlərin" yolverilməzliyi barədə xəbərdarlıq edib və Macarıstanla Serbiya öz ərazilərindəki kəmərlərin qorunması üçün maksimum tədbir görəcəklər. Cared Kuşnerin Pasxa bayramından sonra Kiyevə gözlənilən səfəri barədə isə Kremlin dəqiq məlumata malik olmadığı ifadə edilib.

Musavat.com

Избранный
7
musavat.com

1Источники