RU

Mahaçqalada dəmir yolunu su basdı: Sərnişinlər qatarlardan təxliyə edilir

Mahaçqala və Dərbənd arasındakı sahədə dəmir yolu xətlərini su basması səbəbindən şəhərətrafı qatarların hərəkəti dayandırılıb.

Ölkə.Az-ın Dağıstan Nəqliyyat Nazirliyinə istinadən məlumatına görə, iki qatarın sərnişinləri təyinat məntəqələrinə avtobuslarla çatdırılacaq.

Səhər saatlarında Mahaçqalaya 86 nömrəli qatar gəlib və "dəmir yolu ilə hərəkətin davam etdirilməsi qeyri-mümkün olduğu üçün 31 nəfər təxliyə ediləcək". Bu məqsədlə 5 avtobusun ayrılması planlaşdırılır. Həmçinin, bazar ertəsi günü yola düşməli olan 85 nömrəli Dərbənd–Mahaçqala qatarının 88 sərnişini də avtobuslarla daşınacaq.

Dağıstan rəhbəri Sergey Məlikov bildirib ki, regiondakı daşqının ikinci dalğası fəsadlarına görə birincidən daha ciddi olub. O, Dərbənd rayonunda həlak olanların ailələrinə dərhal yardım göstəriləcəyinə söz verib.

Избранный
32
1
olke.az

2Источники