RU

Müharibə tam gücü ilə davam edəcək - Netanyahu

Bakı. Trend:

İrana qarşı müharibə tam gücü ilə davam edəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu İsrail baş nazir Benyamin Netanyahuöz "X" sosial şəbəkə səhifəsində yazıb.

Netanyahu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyatxidmətinin rəhbəri, ordu generalı Məcid Xademinin Tehrana səhərsaatlarında endirilən hava zərbələrindən biri nəticəsindəöldürülməsinə görə ordunu təqdir edib.

O eyni zamanda, SEPAH-ın Qüds Qüvvələrinin 840 saylı hissəsinəbaşçılıq etmiş Yəzdan Mirin zərərsizləşdirilməsinə görə İsrailMüdafiə Qüvvələrini alqışlayıb. Onun sözlərinə görə Sərdar Bağeritəxəllüsü ilə tanınan iranlı komandan dünyanın müxtəlifbölgələrində yaşayan yəhudilərə edilən hücumlara cavabdeh olub.

“Vətəndaşlarımızı öldürməyə cəhd edən, İsrailə qarşı terroruyönləndirən, İranın şər oxunu quran hər kəs - onların axıdılanqanına görə özləri cavabdehdirlər. Biz güc və qətiyyətlə hərəkətedirik, bizə zərər vermək istəyən hər kəsə çatacağıq,” – baş nazirxəbərdarlıq edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Избранный
16
1
az.trend.az

2Источники