RU

Bakıya yağan aramsız və güclü leysan yağışların səbəbi budur – İqlimşünas AÇIQLADI

“Ölkə ərazisində müşahidə olunan intensiv yağıntıların və qeyri-sabit hava şəraitinin bir neçə əsas meteoroloji və iqlim səbəbi var. Belə ki, Aprel ayı ilin keçid dövrü olduğu üçün müxtəlif temperatur göstəricilərinə malik hava kütlələrinin ölkə ərazisində tez-tez qarşılaşması, şimaldan gələn soyuq hava kütlələrinin cənubun isti hava kütlələri ilə toqquşması atmosfer cəbhələrinin yaranmasına, bu isə öz növbəsində intensiv yağışlara, şimşək çaxmasına və bəzi hallarda doluya səbəb olur”.

Bu fikirləri hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:

Qışın

“Müasir iqlim dəyişmələri fonunda atmosferin temperaturu yüksəldikcə, hava daha çox rütubət saxlama qabiliyyəti qazanır (hər 1 dərəcə artım rütubəti təxminən 7% artırır). Bu da, yağıntıların paylanmasını qeyri-müntəzəm edir. Qısa müddətdə ekstremal yağıntıların düşmə ehtimalını artırır.
Şərq rayonlarında yağıntıların daha güclü olması çox vaxt Xəzər dənizi üzərindən gələn rütubətli hava kütlələrinin qurudakı soyuq cəbhə ilə birləşməsi ilə bağlıdır.

Həmçinin, ölkəmizin oroqrafik quruluşu və dağlıq relyefi hava kütlələrinin hərəkətinə əhəmiyyətli təsir göstərməklə , xüsusilə də Böyük və Kiçik Qafqazın ətəklərində yağıntıların intensivləşməsinə gətirib çıxarır”.

C.Hüseynov qeyd edir ki, hazırkı sinoptik şərait və proqnozlara əsasən, Abşeron yarımadası və aran rayonlarında müsbət temperaturların müşahidə edilməsi qar yağması ehtimalını istisna edir.

“Bu bölgələrdə yalnız yağış və bəzi hallarda intensiv leysan xarakterli yağıntılar gözlənilir.
Qar və sulu qar ehtimalı isə yalnız Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonaları (dəniz səviyyəsindən təxminən 2000 metrdən yuxarı olan ərazilər) və Naxçıvan MR-nın bəzi dağlıq əraziləri üçün keçərlidir”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
30
1
konkret.az

2Источники