RU

Bakıda birinci rüb ərzində avtobuslarla 120 milyon sərnişin daşınıb

Bakı, 6 aprel, AZƏRTAC

Paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti rekord qeydə alınıb. Sərnişin daşımalarının daha səmərəli təşkili, marşrutların düzgün tənzimlənməsi istiqamətində atılan addımlar nəticəsində 2026-cı ilin ilk rübü ərzində 120 milyona yaxın sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz və ya 7 milyon 651 min 48 nəfər çoxdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin sonuna sərnişindaşımada artım tempi 6,2 faiz olub.

“Hazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2350-dən çox avtobus fəaliyyət göstərir. Avtobus parkının mərhələli yenilənməsi çərçivəsində ötən il ərzində paytaxta 293, cari ilin 3 ayında isə 169 yeni avtobus gətirilərək istismara verilib. Daşımalarda istidadə olunan avtobusların 82 faizi nağdsız ödəniş sisteminə inteqrasiya olunub”, - deyə AYNA-nın məlumatında bildirilir.

Избранный
18
6
azertag.az

9Источники