"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp klubdakı fəaliyyəti və "Enfild"dəki atmosferlə bağlı xatirələrini bölüşüb.
QOL.az xəbər verir ki, almaniyalı mütəxəssis "TV2"yə açıqlamasında "mersisaydlılar"ın doğma stadionu üçün darıxdığını söyləyib:
"Hər səhər "Enfild" atmosferinə ehtiyacım olduğunu düşünmürəm. Amma "Enfild" üçün darıxıram. Həqiqətən də mən orada olmaqdan zövq alırdım. Məşqçi kimi çox işləyirdim. İndi isə hər şey fərqlidir. Bəzən 3 gün işləyib, sonra isə 4 gün dincələ bilmərəm. Bu, indiyə qədər yaşadığım ən yaxşı şeydir.
Mən boş-boş gəzmək üçün doğulmamışam. Amma həyatda daha çox şey əldə etməyin yolunu tapmalı idim".
Xatırladaq ki, hazırda “Red Bull Zalsburq” sistemində qlobal futbol rəhbəri kimi çalışan Y.Klopp 2015-2024-cü illərdə "Liverpul"un baş məşqçisi olub. O, bir neçə gün əvvəl "Enfild" stadionunu ziyarət edib. Mütəxəssis uzun fasilədən sonra şəhərə qayıdaraq xeyriyyə məqsədli ilə təşkil olunan əfsanəvi futbolçuların matçında iştirak edib.