RU

Qeyri neft ixracımız durmadan artır: qızıl, fındıq, mis...

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-fevral ayında yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.

Modern.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün mart sayında öz əksini tapıb.

Bildirilib ki, cari ilin yanvar-fevral  aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,3 dəfə, pambıq iplik 2,6 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 2,1 dəfə, alüminium və onlardan hazırlanan məmulatlar 37,4%,  pambıq lifi 33,3%, meyvə-tərəvəz 32,7%, spirtli və spirtsiz içkilər 10,9%, çay 5,1%, artıb.

2026-cı ilin yanvar-fevral ayında aqrar məhsullar üzrə ixrac 34,6% artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 22% artaraq 52,5 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2% artaraq 213,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (60.7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (57,4 milyon ABŞ dolları) ikinci, mis filizləri (44,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında meşə fındığı (28.1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (27.6 milyon ABŞ dolları) ikinci, mis filizləri (24,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
10
modern.az

10Источники