RU

Naxçıvanda yeni təyinatlar: Direktor baş həkim oldu, yerinə isə... (FOTO)

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin Naxçıvan Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsinə yeni direktor təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə Qənbərli Cavid Məhəmməd oğlu sözügedən mərkəzin direktoru təyin olunub.

Qurumun əvvəlki direktoru Mehbalıyev Nail Nadir oğlu isə Naxçıvan Sağlamlıq Mərkəzinin baş həkimi təyin edilib. 

Qeyd edək ki, Nail Mehbalıyev ötən ilin iyun ayında Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru təyin olunmuşdu. 

Aydın

Nail Mehbalıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
qaynarinfo.az

1Источники