RU

ABŞ xilasetmə əməliyyatı zamanı uran oğurlamağa cəhd göstərmiş ola bilər İran XİN

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin pilotları xilasetmə əməliyyatı adı altında zənginləşdirilmiş uranı çıxarması cəhd etməsi ehtimalı heç bir halda nəzərdən qaçmamalıdır.

Redaktor.az-ın xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bu gün brifinqdə bildirib.

Bəqayi deyib ki, bu əməliyyatla bağlı çoxlu suallar və şübhələr var.

Onun sözlərinə görə, amerikalı pilotun olduğu deyilən ərazi Kohgiluyə və Boyer-Ahmadda yerləşir: “Amma buradan amerikalıların qüvvə endirmək istədiyi əraziyə qədər çox böyük məsafə var. Buna görə də guya pilotu xilasetmə əməliyyatının əslində zənginləşdirilmiş uranı oğurlamaq üçün aldatma əməliyyatı olması ehtimalı var və bu fərziyyə heç bir halda nəzərdən qaçırılmamalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
3
redaktor.az

9Источники