RU

“Neftçi”yə birdəfəlik transfer olunmaq üçün “dəridən-qabıqdan” çıxır”

Ardıcıl üçüncü qələbəni Sumqayıtda qazandı «Neftçi».

Bu, bir seriyadır. Yeni yolun başlanğıcıdır? Bir az da gözləyək…

«Neftçi» Sumqayıtda dörd qol vurdu, üçü sayıldı. Zədəsini sağaltmış Vensan Abubakar dönüşünü qapı torunu silkələməklə qeyd etdi.

Freddi Varqas sanki ikinci dəfə doğulub. Paraqvaylı yarımmüdafiəçi «Neftçi»yə gələndən bəri ən yaxşı günlərini indi keçirir.

«İmişli» ilə matçda komandasının ən yaxşısı idi, bu səfər də qələbə üçün əlindən gələni etdi.

Deyəsən, müqavilə ilə məxsus olduğu İsrail klubuna qayıtmamaq, «Neftçi»yə birdəfəlik transfer olunmaq üçün artıq başqa yolunun qalmadığını anlayıb.

Emin Mahmudov meydanda olmadı. Zədələdir, «pax»ı yırtılıb.

Kapitan yoxluğu ilə yoldaşlarını əziyyətə saldımı? Hə, amma o qədər də deyil.

«Sumqayıt» mərkəzdə topla sahiblənməyi qarşısına məqsəd qoymadığından, Eminin varlığına bir elə ehtiyat duyulmadı «Neftçi»də. Ən azı, bir həftəlik.

Yuri Vernidub futbolçularından çox şey istəmir hələlik. Qaçın, dayanmayın, qalan heç nəylə işiniz olmasın. Bu, «Sumqayıt» çapında rəqiblərlə oyunlarda qələbə qazanmağa yetərlidir.

Qarşıdan isə «Neftçi»ni daha güclü komandalarla duellər gözləyir.

Son həftələrdə istəkli təsir bağışlayan, ardıcıl 3 qələbə sayəsində liderlər qrupuna yaxınlaşan «Neftçi»nin özünə gəlib-gəlməməsini onda dəqiq biləcəyik.

MUSA

Избранный
5
sportinfo.az

1Источники