RU

Beyləqanda ev yanıb

ain.az bildirir, Azertag portalına istinadən.

Beyləqan, 6 aprel, AZƏRTAC

Beyləqan rayonunda beşotaqlı fərdi yaşayış evinin yanması ilə nəticələnən hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında rayonunun Dünyamalılar kəndində qeydə alınıb. Mahir Abdullayevaya məxsus fərdi yaşayış evində başlayan alov qısa müddətdə güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülərək ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin yanğın baş verən yaşayış evi yararsız hala düşüb, əşyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
azertag.az

1Источники