RU

Aprelin 7-si ilə bağlı xəbərdarlıq

Aprelin 6-da və 7-də Günəşdəki partlayış fəallığının zəif və ya orta dərəcədə olacağı gözlənilir, lakin ən güclü hesab edilən X sinif partlayışların başvermə riski də istisna edilmir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat təqdim edib.

Qurumun açıqlamasında qeyd olunub ki, "[6 və 7 aprel tarixlərində] Günəş səthində partlayış fəallığı zəif və ya orta dərəcədə qiymətləndirilsə də, proton püskürmələri ilə birlikdə X sinfinə aid partlayışların baş verməsi mümkündür".

Keçən həftənin son günlərində gücünə görə sondan əvvəlki kateqoriyaya aid edilən 4 fərqli Günəş alovlanmasının baş verdiyi diqqətə çatdırılır.

Избранный
12
1
publika.az

2Источники