RU

Wipro şirkəti Olam Group-un IT biznesini alır



Hindistanın IT xidməti firması Wipro, Sinqapur mərkəzli Olam Group-un IT biznesini 375 milyon dollar dəyərində alacağını açıqladıqdan sonra səhmləri bazarda 3,2%-ə qədər qalxıb.

Olam Holdings, Olam Group-un IT və rəqəmsal xidmətlər bölməsi olan Mindsprint-in 200 milyon adi səhməsini Wipro Networks-ə satacaq. Mindsprint qida və kənd təsərrüfatı, istehsalat, pərakəndə satış, sağlamlıq və həyat elmləri sahələrində texnologiya və kibertəhlükəsizlik xidmətləri təqdim edir.

Analitiklər bildirirlər ki, bu Wipro-nun indiyə qədərki ən böyük satınalmasıdır, şirkətin gəlir görünürlüğünü artırır və qida-kənd təsərrüfatı sektoru üzrə məsləhət və platforma imkanlarını gücləndirir.

Əlavə olaraq, Olam şirkəti Wipro ilə 8 illik xidmət müqaviləsi bağlayıb və illik minimum 100 milyon dollar xərcləməyi öhdəsinə götürüb. Wipro bu müqavilənin ümumi dəyərinin 1 milyard dollardan çox olacağını gözləyir.

aia.az
Tərcümə şöbəsi



Избранный
23
aia.az

1Источники