RU

Vüsal Nəsirlinin işi çox olacaq... FOTO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün intensiv yağışlar nəticəsində Bibiheybət yolunda yaranmış torpaq sürüşməsi ilə əlaqədar hadisə yerinə gedən vəzifəli şəxslər arasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli də olub.Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 2 ay əvvəl agentliyin rəhbəri təyin edilən V.Nəsirli fövqəladə hallar Naziri Kamaləddin Heydərovla birgə əraziyə baxış keçirib.Müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb, atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Qeyd edək ki, Vüsal Nəsirli fevralın 6-da Prezidentin Sərəncamı ilə AAYDA-nın İdarə Heyətinin sədri təyin edilib. O bu təyinatadək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini idi.

Son vaxtlar intensiv yağışların səbəb olduğu sürüşmə, sel və daşqınlar yollarda və yol ötürücülərində-körpülərdə ciddi problemlər yaratmaqdadır.Bununla yanaşı, tez-tez əvvəlki illərdən qalan bəzi problemlər, bir sıra yolların keyfiyyətsiz çəkilməsi nəticəsində dağılması məsələsi gündəmə gəlir.Görünən odur ki, Vüsal Nəsirlinin işi kifayət qədər çox olacaq...

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
3
bizim.media

4Источники