RU

Qeyri-sabit hava şəraiti Bakıda bir sıra fəsadlar törədibVİDEO

Yağışlı və küləkli hava şəraiti paytaxtda bir sıra fəsadlar yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarına Nizami rayonunda irigövdəli ağac avtomobilin üzərinə aşıb. Hadisə Bəkir Çobanzadə 307-317 ünvanında baş verib.

Xəsarət alan olmasa da nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Avtomobilin sahibi Faiq Abbasov avtomobilə dəymiş zərərin qarşılanmasını istəyir.

Çəkliliş apardığımız müddət ərzində Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacın ərazidən götürülməsi prosesi icra olundu.

Daha bir ağacaşma hadisəsi isə Xətai rayonunda baş verib. Yaranmış vəziyyətlə əlaqədar olaraq, həmin ərazidən keçən 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların istiqaməti dəyişdirilib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aşmış ağaclar ərazidən götürülüb. Birlikdən bildirilib ki, ümumilikdə 61 ağacaşma ilə bağlı  müraciət qeydə alınıb və hamısı ərazidən götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
11
xezerxeber.az

1Источники