RU

Dünya mediasında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı nələr yazıldı? VİDEO

ain.az, Oxu.az saytına istinadən bildirir.

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Dünya mediasında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı nələr yazıldı? - VİDEO

Verilişdə bildirilib ki, Ukraynanın "Naşa versiya" nəşrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub. Məqalənin müəllifi həmvətənimiz, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevdir. Məqalədə müəllif 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Quba, Şamaxı və Azərbaycanın digər bölgələrində ermənilərin və bolşeviklərin törətdiyi qanlı cinayətlər barədə ətraflı məlumat verib.

TASS xəbər verir ki, ötən həftə Rusiya baş nazirinin müavini Aleksey Overçuk "Rusiya Dəmir Yolları"nın mütəxəssislərinin bir neçə gün ərzində Azərbaycan və Gürcüstan ərazisindən yükdaşıması barədə razılığa gəldiyini bildirib. A.Overçuk deyib ki, Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana daşınması bütün tərəflər üçün faydalıdır və yükdaşımaların artmasına səbəb olacaq.

Onun sözlərinə görə, bu kontekstdə 30 ildən sonra dəmir yolu ilə Ermənistana taxılın ilk daşınması Rusiyadan olub və hazırda gübrələr də daxil olmaqla daşımaların çeşidi genişlənir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
oxu.az

1Источники