RU

Səudiyyə Ərəbistanında iri neft zavodunda yanğın baş verib

Əl-Cubeyldəki neft ayırma zavoduna hücumdan sonra neft emalı obyektində yanğın qeydə alınıb...

Poliqon xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-Cubeyl şəhərində yerləşən neft emalı zavodunda baş verən yanğının İran tərəfindən həyata keçirilən zərbə nəticəsində yarandığı bildirilir. Tasnim Agentliyinin məlumatına görə, hücum zamanı ballistik raketlər və kamikadze dronlardan istifadə olunub.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi raket qalıqlarının enerji infrastrukturunun yaxınlığına düşdüyünü təsdiqləyib və hadisə nəticəsində dəymiş ziyanın qiymətləndirildiyini açıqlayıb. Rəsmi qurumlar hadisənin bütün detalları üzrə araşdırmaların davam etdiyini bildirir.

Məlumata əsasən, Fars körfəzi sahilində yerləşən Əl-Cubeyl şəhəri dünyanın ən böyük neft-kimya mərkəzlərindən biri hesab olunur və qlobal istehsalın təxminən 6–8 faizini təmin edir. Şəhərin sənaye zonası min kvadratkilometrdən artıq ərazini əhatə edir və beynəlxalq enerji bazarında strateji əhəmiyyət daşıyır.

Ekspertlər qeyd edir ki, belə obyektlərə yönəlmiş hücumlar təkcə regional təhlükəsizlik baxımından deyil, həm də qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər. Bu hadisə fonunda neft qiymətlərində dəyişikliklərin baş verməsi və enerji təchizatında risklərin artması ehtimal olunur.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники