RU

Oğlu Luçeskunun durumundan danışdı

style='margin-bottom:10px;'>

Mirça Luçeskunun oğlu Rzavan Luçesku səhhətində ciddi problem yaranan atasının durumu ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, 80 yaşlı mütəxəssis növbəti dəfə ağır aritmiya tutmasından sonra tibbi komaya yerləşdirilib.

Razvan Luçesku "Gazeta Sporturilor"a açıqlamasında deyib: "Bu, çətin andır və hər kəsdən buna hörmətlə yanaşmasını xahiş edirəm. Bütün lazımi məlumatlar tibb işçiləri tərəfindən rəsmi mənbələr vasitəsilə veriləcək".

Həkimlərin sözlərinə görə, Luçeskunun vəziyyəti sabit, lakin ciddi olaraq qalır.

Qeyd edək ki, aprelin 3-də Luçeskunun kəskin miokard infarktı keçirdiyi bildirilib. O, Rumıniya milli komandasında olduğu müddətdə səhhətinin pisləşməsi səbəbindən 29 martda xəstəxanaya yerləşdirildikdən sonra həmin gün xəstəxanadan buraxılması planlaşdırılırdı.

Избранный
37
1
teleqraf.com

2Источники