RU

“Anewz” Gəncəyə həsr edilmiş sənədli film təqdim etdi Video

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Anewz” televiziya kanalı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə həsr edilmiş “WUF13 | World Urban Forum: Ganja” adlı sənədli film təqdim edib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, filmdə Gəncə şəhəri həm tarixi-mədəni irsi, həm də müasir inkişafı kontekstində təqdim olunur.

Bildirilir ki, şəhər təkcə Azərbaycanın deyil, bütövlükdə regionun mühüm elmi, mədəni və ticarət mərkəzlərindən biri kimi formalaşıb.

Ekran işində dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi xüsusi vurğulanır və onun doğma şəhərinin tarixindəki rolu geniş şəkildə göstərilir.

Sənədli filmdə Gəncənin multikultural mühiti, tolerant cəmiyyəti və İpək Yolu üzərində yerləşməsi sayəsində formalaşmış zəngin ənənələri diqqətə çatdırılır.

Eyni zamanda şəhərin müasir siması, urban inkişafı, infrastruktur layihələri və yüksək həyat keyfiyyəti də ön plana çıxarılır.

Ekran işində Gəncənin əsas görməli məkanları – Nizami Gəncəvi məqbərəsi, Şah Abbas kompleksi, İmamzadə kompleksi, Heydər Əliyev Parkı, Xan bağı, eləcə də Gəncə qapıları və şəhərin digər tarixi abidələri nümayiş etdirilir.

Bununla yanaşı, Göygöl rayonu və Göygöl Milli Parkı kimi ətraf bölgələrin təbii gözəlliklərinə də yer verilib.

Filmdə müxtəlif sahələri təmsil edən yerli ekspertlərin və rəsmi şəxslərin fikirləri təqdim olunub. Onlar Gəncənin inkişaf perspektivləri, elmi və mədəni potensialı, həmçinin region üçün strateji əhəmiyyəti barədə danışırlar.

Qeyd olunub ki, layihə Gəncənin beynəlxalq platformalarda tanıdılması və şəhərin turizm, mədəniyyət və iqtisadi imkanlarının geniş auditoriyaya çatdırılması məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
9
qafqazinfo.az

10Источники