RU

Mərkəzi Bankın ehtiyyatları müharibədən bəri ilk dəfə artıb

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mərkəzi Bankının (TCMB) ümumi və xalis ehtiyatları ötən həftə İranla İraq arasında münaqişənin başlamasından bəri ilk dəfə artaraq 13 milyard dollara çatıb. “Reuters”in məsləhətləşdiyi dörd bankirin hesablamalarına görə, İran-İraq münaqişəsinin başlanğıcından bəri 55 milyard dollar azalan ümumi ehtiyatlar ötən həftə 6,7 milyard dollar artaraq 162 milyard dollara yüksəlib.

Hafta.az yazır ki, hesablamalara görə, xalis ehtiyatlar ötən həftə 11 milyard dollar artaraq 46 milyard dollara çatıb.

TCMB-nin ötən həftə başlatdığı və LSEG CBT15 səhifəsində açıqlanan yerli banklarla svop əməliyyatları ilk həftəsində ümumi və xalis ehtiyatlara 13 milyard dollar töhfə verib. Bu svoplar istisna olmaqla, xalis ehtiyatlar ötən həftə 2 milyard dollar azalaraq 18 milyard dollara düşüb.

Bankirlər hesablayıblar ki, TCMB ötən həftə əlavə 5 milyard dollar xarici valyuta satıb və bununla da münaqişənin başlanğıcından bəri ümumi satışlar 49 milyard dollara çatıb.

Избранный
44
hafta.az

1Источники