RU

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna qoşulmayıb- ÖZƏL

"Tramp İrana ultimatum verib. Ultimatumda mülki obyektlərin, o cümlədən elektrik stansiyalarının, körpülərin və digər həyatı təmin edən infrastrukturun dağıdılacağını bildirib. Roma Statutunun məqsədləri üçün bunlar müharibə cinayəti hesab olunur (War crime)". "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Statutun 8-ci maddəsinin bir neçə bəndi bu cür hücumları müharibə cinayəti hesab edir: Mülki obyektlərə, yəni hərbi məqsədlər olmayan obyektlərə qəsdən hücumlar etmək; Müdafiəsiz şəhərlərə, kəndlərə, yaşayış yerlərinə və ya hərbi məqsədlər olmayan binalara qəsdən hücumlar etmək; Din, təhsil, incəsənət, elm və ya xeyriyyə məqsədləri üçün nəzərdə tutulmuş binalara, tarixi abidələrə, xəstəxanalara və xəstələrin və yaralıların toplaşdığı yerlərə qəsdən hücumlar etmək, əgər bunlar hərbi məqsədlər deyilsə.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna (Roma Statutu) nəinki qoşulmayıb (həmçinin İsrail), həmçinin dünyanın 150-yə yaxın dövləti ilə (o cümlədən Azərbaycanla) ABŞ vətəndaşlarına münasibətdə Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməmək barədə müqavilə bağlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники