RU

Çempionlar Liqası: Real Madrid Bavariya ya, Arsenal Sportinq ə qarşı

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 7 aprel, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu raundun mərkəzi matçı İspaniyada "Real Madrid"lə Almaniya "Bavariya"sı arasında olacaq. Oyunu ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.

Gecənin digər görüşündə isə İngiltərənin "Arsenal" klubu Portuqaliyada "Sportinq"lə qarşılaşacaq. Qarşılaşmanın baş hakimi almaniyalı Daniel Zibert olacaq.

Qeyd edək ki, 1/4 finalın "Barselona" - "Atletiko Madrid" və PSJ - "Liverpul" matçları aprelin 8-də keçiriləcək. Bu mərhələnin cavab oyunları isə aprelin 14-15-də reallaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
3
azertag.az

4Источники