RU

Daşkəsəndə itkin kişi ölü tapıldı

Aprelin 4-də Daşkəsəndə itkin düşən 74 yaşlı kişinin meyiti tapılıb...

Poliqon xəbər verir ki, şəhər sakini Əli Kərimovun meyiti bir gün sonra yaxınlıqdakı qayalıq ərazidə aşkarlanıb.

Meyitin götürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.

Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Poliqon.info

Избранный
7
6
poliqon.info

8Источники