RU

İstehlak bazarlarında mallara nəzarət tədbirləri gücləndirilir

Nazirlər Kabinetinin Qərarına əsasən, “İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları” təsdiq edilib.

Qaydalar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və istehlak bazarlarında (elektron ticarət daxil olmaqla) texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan texniki tənzimləmənin şamil olunduğu mallara qarşı nəzarət tədbirləri Qanunun tələbləri nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Избранный
32
15
vergiler.az

10Источники