İranın raketləri Səudiyyə Ərəbistanının şərqindəki Cubeyl şəhərinə düşüb.
Vətəninfo.az xəbər verir ki, İran mənbələri hücumun böyük bir yanğına səbəb olduğunu bildirir.
Cübeyl Yaxın Şərqin ən böyük sənaye mərkəzidir və bölgənin əsas neft-kimya və enerji müəssisələrinə ev sahibliyi edir.
İran mənbələrinin məlumatına görə, İran həmçinin Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki enerji obyektlərinə ballistik raketlər atıb.