RU

Gəlirlər artdı Maliyyə Nazirliyindən AÇIQLAMA KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Bu barədə KONKRET.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599,0 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5.0 faiz üstələyib.

Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 852,6 milyon manat, xərcləri  isə 9 043,6 milyon manat məbləğində icra edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
5
konkret.az

6Источники