RU

ABŞ İranda bu obyektlərə hücuma hazırlaşır

ABŞ ordusu İrandakı enerji hədəflərinə potensial zərbələr endirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmilərinin məlumatına əsasən, hərbi komandanlar prezident Donald Tramp enerji infrastrukturu hədəflərinə hücum etmək qərarına gəlsə, ona təqdim etmək üçün potensial hədəf siyahılarını nəzərdən keçirirlər.

Qeyd edək ki, Donald Tramp Hörmüz boğazını çərşənbə axşamına qədər açmadığı təqdirdə, ABŞ-ın İranın bütün elektrik stansiyalarını məhv edəcəyini bildirmişdi.

Избранный
6
publika.az

1Источники