
İlhamə VəliqızıMüctəba Xamenei tapıldı: o, huşsuz vəziyyətdədir – “Tayms”dan sensasiyaİranın Ali rəhbəri Müctəba Xamenei komadadır.Bu barədə “The Times” (Tayms) nəşri ABŞ və İsrailin kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.Hesabatda bildirilir ki, M.Xamenei Qum şəhərindəki kilinikalardan birində huşsuz vəziyyətdə yatır.Kəşfiyyatın Körfəz ölkələri ilə də paylaşılan diplomatik notasında qeyd edilir ki, Müctəba Xamenei ciddi tibbi nəzarət altındadır və qərar qəbuletmə prosesində iştirak etmir.“Tayms” yazır ki, Qumda İranın keçmiş Ali rəhbəri Əli Xameneinin dəfninə hazırlıq gedir. Ərazidə məqbərə tikildiyi, burada Xamenei ailəsinin dəfn olunacağı vurğulanır. İddiaya görə, məzarlardan biri də Müctəba Xamenei üçün hazırlanır.Hələ ki sözügedən iddiaya İrandan rəsmi münasibət bildirilməyib.
Diqqət Çəkənlər
Sabah bu ərazilərdə İşıq Kəsiləcək
Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
Növbəti plenar iclasının gündəliyi açıqlanıb