RU

Enerji obyektləri vurulacaq

ABŞ İranın enerji obyektlərinə hücuma hazırlaşır. 

“Cebheinfo.az” “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, ABŞ ordusu İrandakı enerji obyektlərinə mümkün hücumlar üçün hazırlıq tədbirləri görür. 

Amerikalı rəsmilər qeyd ediblər ki, hərbi komandanlar Prezident Donald Trampın əmri ilə enerji infrastrukturu hədəflərinə hücum etmək qərarına gəlsə, ona təqdim etmək üçün əvvəlcədən hazırlanmış hədəf siyahılarını nəzərdən keçirirlər. 

Eyni zamanda, Tramp son günlərdə Tehran üzərində təzyiqi artırıb. O bildirib ki, İran Hörmüz boğazını çərşənbə axşamına qədər açmasa, ABŞ onun bütün elektrik stansiyalarını məhv etməyə hazırdır. 

Избранный
6
1
cebheinfo.az

2Источники